Ramazan ayının iyirmi üçüncü gecəsinin məxsus əməlləri

Ramazan ayının iyirmi üçüncü gecəsinin məxsus əməlləri


Ramazan ayının iyirmi üçüncü gecəsində Qədr gecəsinin müştərək əməllərindən əlavə bir neçə əməl də yerinə yetirilir:‌

Ramazan ayının iyirmi üçüncü gecəsində Qədr gecəsinin müştərək əməllərindən əlavə bir neçə əməl də yerinə yetirilir:
1) “Ənkəbut” və “Rum” surələrini oxumaq: İmam Sadiq (ə) buyurub: “Hər kim ramazan ayının iyirmi üçüncü gecəsində “Ənkəbut” və “Rum” surələrini oxusa, and olsun Allaha, cənnət əhlidir.”
2) Min dəfə “Qədr” surəsini oxumaq.
3) “Duxan” surəsini oxumaq.
4) Bu duanı oxuyun:

اَللَّهُمَّ امْدُدْ لِى فِى عُمْرِى، وَ اَوْسِعْ لِى فِى رِزْقِى، وَ اَصِحَّ لِى جِسْمِى، وَ بَلِّغْنِى اَمَلِى؛ وَ اِنْ کُنْتُ مِنَ الْاَشْقِیَآءِ فَامْحُنِى مِنَ الْاَشْقِیَآءِ، وَ اکْتُبْنِى مِنَ السُّعَدَآءِ، فَاِنَّکَ قُلْتَ فِى کِتَابِکَ الْمُنْزَلِ عَلَىٰ نَبِیِّکَ الْمُرْسَلِ، صَلَوَاتُکَ عَلَیْهِ وَ اٰلِهِ: یَمْحُو اللهُ مَا یَشَآءُ وَ یُثْبِتُ، وَ عِنْدَهُ اُمُّ الْکِتَابِ.

 

Duanın oxunuşu:


Əllahummə umdud li fi ‘umri, və əvsi‘ li fi rizqi, və əsihhə li cismi, və bəlliğni əməli;

və in kuntu minəl-əşqiyai fəmhuni minəl-əşqiyai, vəktubni minəs-su‘ədai,

fə-innəkə qultə fi kitabikəl-munzəli ‘əla nəbiyyikəl-mursəli, sələvatukə ‘ələyhi və alihi: Yəmhullahu ma yəşau və yusbitu, və ‘indəhu ummul-kitab.

“Ey Allahım, ömrümü uzat, ruzimi bol et, bədənimi sağlam et, məni arzuma çatdır; əgər bədbəxtlərdənəmsə, Sən mənim adımı onların siyahısından sil və xoşbəxtlərin siyahısında yaz, çünki Sən, göndərdiyin Peyğəmbərinə - Sənin salamın olsun ona və xanidanına - nazil etdiyin Kitabda buyurmusan: “Allah hər nəyi istəsə, məhv edər (silər) və hər nəyi istəsə, səbt edər (yazar), “Ummul-kitab” (əsas kitab) Onun yanındadır.”

5) Ramazan ayının iyirmi üçüncü gecəsinə məxsus olan bu duanı oxuyun:

یَا رَبَّ لَیْلَةِ الْقَدْرِ وَ جَاعِلَهَا خَیْرًا مِنْ اَلْفِ شَهْرٍ! وَ رَبَّ اللَّیْلِ وَ النَّهَارِ، وَ الْجِبَالِ وَ الْبِحَارِ، وَ الظُّلَمِ و الْاَنْوَارِ، وَ الْاَرْضِ وَ السَّمَآءِ! یَا بَارِئُ یَا مُصَوِّرُ، یَا حَنَّانُ یَا مَنَّانُ! یَا اَللهُ یَا رَحْمٰنُ، یَا اَللهُ یَا قَیُّومُ، یا اَللهُ یا بَدیعُ، یا اَللهُ یا اَللهُ یا اَللهُ! لَکَ الْاَسْمَآءُ الْحُسْنَىٰ، وَ الْاَمْثَالُ الْعُلْیَا، وَ الْکِبْرِیَآءُ وَ الْاٰلَآءُ! اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ اسْمِى فِى هٰذِهِ اللَّیْلَةِ فِى السُّعَدَآءِ، وَ رُوحِى مَعَ الشُّهَدَآءِ، وَ اِحْسَانِى فِى عِلِّیِّینَ، وَ اِسَائَتِى مَغْفُورَةً؛ وَ اَنْ تَهَبَ لِى یَقِینًا تُبَاشِرُ بِهِ قَلْبِى، وَ اِیمَانًا یُذهِبُ الشَّکَّ عَنِّى؛ وَ تُرْضِیَنِى بِمَا قَسَمْتَ لِى؛ وَ اٰتِنَا فِى الدُّنْیَا حَسَنَةً، وَ فِى الْاٰخِرَةِ حَسَنَةً، وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِیقِ؛ وَ ارْزُقْنِى فِیهَا ذِکْرَکَ وَ شُکْرَکَ، وَ الرَّغْبَةَ اِلَیْکَ، وَ الْإِنَابَةَ و التَّوْبَةَ، و التَّوْفِیقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ عَلَیْهِمُ السَّلَامُ.


Duanın oxunuşu:

Ya rəbbə ləylətil-qədr və ca‘iləha xəyrən min əlfi-şəhr!

Və rəbbəl-ləyli vən-nəhar, vəl-cibali vəl-bihar, vəz-zuləmi vəl-ənvar, vəl-ərzi vəs-səma!

 

Ya bariu ya musəvvir, ya hənnanu ya mənnan! Ya Əllahu ya rəhman, ya Əllahu ya qəyyum, ya Əllahu ya bədi‘u!

Ya Əllahu ya Əllahu ya Əllah! Ləkəl-əsmaul-husna, vəl-əmsalul-‘ulya, vəl-kibriyau vəl-ala!

 

Əsʼəlukə ən tusəlliyə ‘əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən təc‘ələ ismi fi hazihil-ləyləti fis-su‘əda, və ruhi mə‘əş-şuhəda, və ih sani fi ‘illiyyin, və isaəti məğfurətən;

və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş-şəkkə ‘ənni; və turziyəni bima qəsəmtə li;

 

və atina fid-dunya həsənətən, və fil-axirəti həsənətən, və qina ‘əzabən-naril-həriq;

vərzuqni fiha zikrəkə və şukrəkə, vər-rəğbətə iləykə, vəl-inabətə vət-təvbətə,

vət-təvfiqə lima vəffəqtə ləhu Muhəmmədən və Alə-Muhəmmədin ‘ələyhimus-səlam.


“Ey Qədr gecəsinin Rəbbi və onu min aydan üstün edən! Ey gecə və gündüzün, dağların və dəryaların, qaranlıqların və nurların, yerin və göyün Rəbbi! Ey vücuda gətirən, ey surət bəxş edən! Ey əta edən, ey nemət verən! Ey Allah, ey Rəhman! Ey Allah, ey əbədi! Ey Allah, ey vücuda gətirən! Ey Allah, ey Allah, ey Allah! Sənə məxsusdur gözəl adlar, uca misallar, böyüklük və nemətlər! Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən, ruhumu şəhidlərlə birlikdə edəsən, yaxşı əməllərimi Cənnətin uca dəcələrində qərar verəsən, günahlarımı bağışlayasan; mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın; mənə qismət etdiklərinə məni razı et; dünya və axirətdə mənə gözəl nemət ver, məni yanar odun əzabından qoru; bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti, qayıdışı və tövbəni mənə ruzi et; mənə ruzi et o işlərdə müvəffəqiyyəti ki, Məhəmmədi və Ali-Məhəmmədi – salam olsun onlara - bu işlərdə müvəffəq etmisən.”


6) İmam Sadiqin (ə) buyurduğu bu duanı oxuyun:


اَللَّهُمَّ اجْعَلْ فِیمَا تَقْضِى وَ فِیمَا تُقَدِّرُ مِنَ الْاَمْرِ الْمَحْتُومِ، وَ فِیمَا تَفْرُقُ مِنَ الْاَمْرِ الْحَکِیمِ فِى لَیْلَةِ الْقَدْرِ، مِنَ الْقَضَآءِ الَّذِى لَا یُرَدُّ وَ لَا یُبَدَّلُ، اَنْ تَکْتُبَنِى مِنْ حُجَّاجِ بَیْتِکَ الْحَرَامِ فِى عَامِى هٰذَا، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّئَاتُهُمْ، وَ اجْعَلْ فِیمَا تَقْضِى وَ تُقَدِّرُ، اَنْ تُطِیلَ عُمْرِى، وَ تُوَسِّعَ لِى فِى رِزْقِى.


Duanın oxunuşu:

Əllahumməc‘əl fima təqzi və fima tuqəddiru minəl-əmril-məhtum,

və fima təfruqu minəl-əmril-həkim fi ləylətil-qədr, minəl-qəzailləzi la yurəddu və la yubəddəlu,

ən təktubəni min huccai bəytikəl-həram fi ‘ami haza, əl-məbruri həccuhum, əl-məşkuri sə‘yuhum, əl-məğfuri zunubuhum, əl-mukəffəri ‘ənhum səyyiatuhum,

vəc‘əl fima təqzi və tuqəddiru, ən tutilə ‘umri, və tuvəssi‘ə li fi rizqi.


“Ey Allahım, Qədr gecəsində hikmətli əmrinlə qəti hökmünü verərkən  – o hökm ki, artıq geri qaytarılmır və dəyişməz qalır – məni Öz evinin hacılarının sırasında yaz: o hacılar ki, həccləri qəbuldur və səyləri qiymətləndirilmişdir, günahları bağışlanmış və xətalarının üstü örtülmüşdür; uzun ömür və bol ruzini mənim barəmdə hökm ver və müqəddər et.”


7) İmam Həsənin (ə) buyurduğu bu duanı oxuyun:

یَا بَاطِنًا فِى ظُهُورِهِ، وَ یَا ظَاهِرًا فِى بُطُونِهِ؛ وَ یَا بَاطِنًا لَیْسَ یَخْفَىٰ، وَ یَا ظَاهِرًا لَیْسَ یُرَىٰ؛ یَا مَوْصُوفًا لَا یَبْلُغُ بِکَیْنُونَتِهِ مَوْصُوفٌ، وَ لَا حَدٌّ مَحْدُودٌ؛ وَ یَا غَآئِبًا غَیْرَ مَفْقُودٍ، وَ یَا شَاهِدًا غَیْرَ مَشْهُـودٍ! یُطْـلَبُ فَیُـصَابُ؛ وَ لَمْ یَخْلُ مِنْهُ السَّمٰـوَاتُ وَ الْاَرْضُ وَ مَا بَیْنَهُمَا طَرْفَةَ عَیْنٍ؛ لَا یُدْرَکُ بِکَیْفٍ، وَ لَا یُؤَیَّنُ بِاَیْنٍ وَ لَا بِحَیْثٍ؛ اَنْتَ نُورُ النُّورِ، وَ رَبُّ الْاَرْبَابِ؛ اَحَطْتَ بِجَمِیـعِ الْاُمُورِ، سُبْحَانَ مَنْ لَیْسَ کَمِثْلِهِ شَىْءٌ، وَ هُوَ السَّمِیعُ الْبَصِیرُ؛ سُبْحَانَ مَنْ هُوَ هٰکَذَا، وَ لَا هٰکَذَا غَیْرُهُ.

 

Duanın oxunuşu:


Ya batinən fi zuhurihi, və ya zahirən fi butunihi; və ya batinən ləysə yəxfa,
və ya zahirən ləysə yura; ya məvsufən la yəbluğu bi-kəynunətihi məvsufun, və la ḥəddun məhdudun;

və ya ğaibən ğəyrə-məfqudin, və ya şahidən ğəyrə-məşhudin! Yutləbu fə-yusabu,

və ləm yəxlu minhus-səmavatu vəl-ərżu və ma bəynəhuma tərfətə-‘əynin;

la yudrəku bi-kəyfin, və la yuəyyənu bi-əynin və la bi-həysin; əntə nurun-nur, və rəbbul-ərbab; əhəttə bi-cəmi‘il-umur,

subhanə mən ləysə kə-mislihi şəyʼun, və huvəs-səmi‘ul-bəsir; subhanə mən huvə hakəza, və la hakəza ğəyruhu.


“Ey aşkar olduğu halda gizlin olan və gizlin olduğu halda aşkar olan; ey o gizlin ki, məxfi deyilsən və ey o aşkar ki, görünmürsən; ey o kəs ki, Səni vəsf edirlər, lakin heç bir vəsf Sənin zatının həqiqətini çatdırmır və heç bir hədd (tərif) Səni hüdudlandırmır; ey o kəs ki, qaibsən, lakin itməmisən və ey o kəs ki, hazırsan, lakin müşahidə olunmursan! Səni çağırırlar və istəklərinə nail olurlar; göylər və yer, onların arasında olanlar bir göz qırpımı belə Sənsiz olmur; Sən “necəliklə” tanınmırsan, bir məkana və cəhətə sığmırsan; Sən nurun nurusan və rəbblərin Rəbbisən; Sənin hər şeyə əhatən vardır, bənzəri olmayan Allah pak və münəzzəhdir, O, eşidən və görəndir; münəzzəhdir o kəs ki, belədir və Ondan qeyrisi əsla belə olmayacaqdır.”


Sonra Allahdan ِistəklərini dilə.


8) Rəvayət olunur ki, Məsumlar (ə) ramazan ayının iyirmi üçüncü gecəsi səcdədə, ayaq üstə, oturan yerdə aşağıdakı duanı oxuyarmışlar. Yaxşı olar ki, ramazan ayı boyunca və başqa zamanlarda Allahı sitayiş etdikdən, Məhəmmədə və onun xanidanına salam göndərdikdən sonra (belə ki, ən azı belə deyin:  “اَلْحَمْدُ لِلَّهِ وَ الصَّلَاةُ عَلَىٰ رَسُولِ اللهِ وَ اٰلِهِ الطَّاهِرِینَ” [əl-Ḥəmdu lillə͂hi, vəṣ-ṣələ͂tu ʻələ͂ rəsu͂lillə͂hi və ə͂lihiṭ-ṭa͂hiri͠n]) bu duanı oxuyun:


اَللَّهُمَّ کُنْ لِوَلِیِّکَ الْحُجَّةِ بْنِ الْحَسَنِ، صَلَوَاتُکَ عَلَیْهِ وَ عَلَى اٰبَآئِهِ، فِى هٰذِهِ السَّاعَةِ، وَ فِى کُلِّ سَاعَةٍ، وَلِیًّا وَ حَافِظًا، وَ قَآئِدًا وَ نَاصِرًا، وَ دَلِیلًا وَ عَیْنًا، حَتَّىٰ تُسْکِنَهُ اَرْضَکَ طَوْعًا، وَ تُمَتِّعَهُ فِیهَا طَوِیـلًا.


Duanın oxunuşu:


Əllahummə kun li-vəliyyikəl-Huccət ibnil-Həsən, sələvatukə ‘ələyhi və ‘əla abaihi,

fi hazihis-sa‘əti, və fi kulli sa‘ətin, vəliyyən və hafiẓən, və qaidən və nasirən, və dəlilən və ‘əynən,

hətta tuskinəhu ərzəkə ṭəv‘ən, və tumətti‘əhu fiha təvilən.

 

“Ey Allahım, Öz vəlin Həsənin (İmam Həsən Əskərinin (ə)) övladı Hüccət üçün – Sənin salamların olsun ona və onun atalarına – bu saatda və bütün saatlarda kömək və mühafiz, rəhbər və yavər, bələdçi və gözətçi ol, o vaxtadək ki, insanların rəğbəti ilə onu yer üzündə məskunlaşdırasan və onu orada uzun müddət bəhrələndirəsən.”


9) Əllərini gِöyə qaldırıb bu duanı oxu:

یَا مُدَبِّرَ الْاُمُورِ، یَا بَاعِثَ مَنْ فِى الْقُبُورِ، یَا مُجْرِىَ الْبُحُورِ، یَا مُلَیِّنَ الْحَدِیدِ لِدَاوُدَ! صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ افْعَلْ بِى کَذَا وَ کَذَا.

 

Duanın oxunuşu:

Ya mudəbbirəl-umur, ya ba‘isə mən fil-qubur, ya mucriyəl-buhur, ya muləyyinəl-hədidi li-Davudə! Ṣəlli ‘əla Muhəmmədin və Ali-Muhəmmədin, vəf‘əl bi kəza və kəza.


“Ey işləri idarə edən, ey qəbirdəkiləri ayağa qaldıran, ey dəryaları cərəyan etdirən, ey Davud üçün dəmiri yumşaldan! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənim üçün belə və belə et.”  
“کَذَا وَ کَذَا” (belə və belə) sِzünün yerinə ِz istəklərini de, daha sonra de:


اَللَّيْلَةَ اَللَّيْلَةَ، اَلسَّاعَةَ اَلسَّاعَةَ

[əl-Ləylətə əl-ləylətə, əs-səʻətə əs-səʻətə.]

 

“Bu gecədə bu gecədə, bu saatda bu saatda.”


Bu duanı rükuda və səcdədə, ayaq üstə və oturan halda təkrar-təkrar oxu.


10) Ramazan ayının iyirmi üçüncü gecəsi qüsl etmək, əhya saxlamaq və İmam Hüseyni (ə) ziyarət etməyin bِyük fəziləti vardır. Həmçinin Qədr gecələrində qılınan yüz rəkət namazın da böyük savabını əldən verməyin. Şeyx Tusi “Təhzib” kitabında Əbu Bəsirdən nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: “Qədr gecəsi olmasına ümid bəslənilən həmin gecədə yüz rəkət namaz qılın. Hər rəkətdə (“Həmd”dən sonra) on dəfə “İxlas” surəsini oxuyun.” Əbu Bəsir soruşur: “Əgər namazı ayaq üstə qıla bilməsəm, nə edim?” İmam (ə) buyurur: “Oturan halda qıl.” Əbu Bəsir yenə soruşur: “Əgər oturan halda qıla bilməsəm, nə edim?” İmam (ə) buyurur: “Yatağında uzandığın halda qıl.”
11) Mərhum Əllamə Məclisi “Zadul-məad” kitabında yazır: Bu gecədə bacardığın qədər Quran oxu, həmçinin “əs-Səhifətus-Səccadiyyə”nin dualarından oxu, xüsusilə də, “Məkarimul-əxlaq”, “Tِvbə” dualarını.
Qədr gecələrinin gündüzlərini də ibadət və dua etməklə məşğul olmaq lazımdır. Hədislərdə buyurulur ki, Qədr gecələrinin gündüzləri Qədr gecələri qədər fəzilətlidir.

 

captcha