Ayətullah əl-uzma Məkarim Şirazi Beynəlxalq Əhli-beytsevərlər simpoziumunun bir qrup şəxsiyyətləri ilə görüşündə

Ayətullah əl-uzma Məkarim Şirazi Beynəlxalq Əhli-beytsevərlər simpoziumunun bir qrup şəxsiyyətləri ilə görüşündə


Əhli-beyt (ə) məhəbbəti müsəlmanlar arasında vəhdət amilidir/ İŞİD üzərində qələbə müsəlmanların birliyinin nəticəsidir/ İslam ümməti düşmənin gələcək təxribatlarına qarşı ayıq olsunlar.‌

Əhli-beyt (ə) məhəbbəti müsəlmanlar arasında vəhdət amilidir/ İŞİD üzərində qələbə müsəlmanların birliyinin nəticəsidir/ İslam ümməti düşmənin gələcək təxribatlarına qarşı ayıq olsunlar.
Müsəlmanlar arasındakı vəhdətin möhkəm olmasından ötrü bütün İslam məzhəbləri arasında bir-birinin müqəddəslərinə qarşılıqlı hörmət olmalıdır; şiənin əhli-sünnə müqəddəslərini və ya əhli-sünnənin şiə müqəddəslərini təhqir etməsinə yol verməməliyik.
Ayətullah Məkarim Şirazi Beynəlxalq Əhli-beyt (ə) sevərlər Simpoziumu və Rusiya Federasiyasındakı təkfirçilərin məsələsi müzakirəsində iştirak edən bir qrup alim və şəxsiyyətlərlə görüşündə bu görüşdən məmnunluğunu dilə gətirməklə yanaşı buyurdu: Tehranda keçirilən simpozium misli görünməmiş və çox maraqlı bir təşəbbüsdür. Hansı ki, bütün İslam təriqətlərinin Əhli-beyt (ə) sevərlərini bir araya topladı.
O, sözlərinin davamında dedi: Müsəlmanlar hazırkı şəraitdə vəhdətə təkan verən işlər görməlidirlər, bu üzdən vəhdət məqamlarını tapıb önə çəkməliyik.

Ayətullah Məkarim Şirazi Əhli-beyt (ə) məhəbbətini müsəlman vəhdətinin mühüm amili hesab edərək bildirdi: Bir müsəlman tapmazsınız ki, Allah Rəsulunun (s) Əhli-beytini (ə) sevmədiyini söyləsin.
O əlavə etdi: Şiələr Əhli-beyti (ə) imam bilirlər, bəziləri də onları imam hesab etməyə bilər, amma Peyğəmbər (s) ailəsinə məhəbbət bəsləməkdə müştərəkdirlər. Bu mətləbin əsası həm Qurani-kərimdə, həm də İslam hədislərində gəlmişdir.

Ayətullah Məkarim Şirazi Quran və hədislərin göstərişlərinə itaət edərək Əhli-beyt (ə) məhəbbəti ətrafında birləşməyə təkid etdi və bildirdi: Əl-ələ verib birləşməli, İslam ümmətini parçalamaq istəyənlərə imkan verməməliyik.
O, ünvanlı olaraq bildirdi: Müsəlmanlar arasındakı vəhdətin möhkəm olmasından ötrü bütün İslam məzhəbləri arasında bir-birinin müqəddəslərinə qarşılıqlı hörmət olmalıdır; şiənin əhli-sünnə müqəddəslərini və ya əhli-sünnənin şiə müqəddəslərini təhqir etməsinə yol verməməliyik. Bir sözlə, heç bir məzhəb digərinin müqəddəslərini təhqir etməməlidir.

O, müqavimət qüvvələrinin son günlərdəki qələbələrinə də işarə edərək buyurdu: Biz vəhdətin nəticəsini Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə gördük, yəni müsəlmanlar birləşib, əhli-sünnə və şiə əl-ələ verəndən sonra təhlükəli düşməni məğlub edə bildilər.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Son qələbələr çox uğurlu təcrübələr idi və hamı da buna şahid oldu. İslamın gələcəyi üçün bu məsələdən ibrət dərsi almalıyıq. Hal-hazırda gözdə-qulaqda olmalı, İŞİD-in tamamilə məhv olduğu, yer üzündən silindiyi təəssüratına qapılmamalıyıq.
Ayətullah Məkarim Şirazi düşmənin gələcək təxribatları qarşısında İslam ümmətinin ayıq-sayıqlığını və müqavimət prinsipini vacib sayaraq buyurdu: Düşmən fərqli yollarla müharibə, qarşıdurma, ixtilaf yaratmağa çalışır, əgər ayıq olsaq, onlar məqsədlərinə çatmayacaqlar.

O, sözlərinə əlavə etdi: Əgər İslam göstərişlərini həyatımıza tətbiq etsək, İslam cəzbedici olar və günbəgün İslama üz tutanlar çoxalar. İslam əxlaqının mühüm cazibədarlığı var, Allahın Rəsulu (s) da bu əxlaqdan yararlanaraq insanları İslama dəvət edirdi.
Ayətullah Məkarim Şirazi sonda təkidlə bildirdi: İslam ümmətinin alimləri, dahi şəxsiyyətləri də Peyğəmbərin (s) üslubunu davam etdirməlidir, əgər belə olarsa, bir çoxlarının İslama yönəldiyinə şahid olacağıq.
Yayım tarixi: 27.11.2017

 

captcha